Archive

COVID-19 pandemiyası  elmi ictimaiyyətə virusla mübarizə üçün ən yaxşı müalicəni axtarmaq məcburiyyəti qarşısına qoyur. Bu məqsədlə dünyada həyata keçirilən tədqiqatlar və müşahidələr  antiviral dərmanlar, antibiotiklər, malyariya əlehinə dərmanlar  və antikoagulyantların müalicədə istifadə edilməsinin mümkünlüyünü araşdırır.Bütün bu araşdırmalar ilkin  mərhələdə olduğu üçün çox sürətlə yayılan COVİD -19 xəstəliyinin müalicəsi üçün sübut edə biləcək effektivliyi olan dərman vasitələrinə aid olan nəticələr kifayət qədər deyildir.

COVİD -19 xəstəliyinin müalicəsi üçün sübut edə biləcək effektivliyi olan dərman vasitələrinə aid olan nəticələr hələ də  kifayət qədər deyildir.

Bu arada farma nəhəngi GİLEAD-ın istehsal etdiyi Remdesevir preparatı 3-cü faza tədqiqatlarda öz effektivliyini sübüt etsə də, Remdesevirlə 6 günlük müalicə həddindən artıq  baha olduğü ücün hələ də hamı üçün əl çatan deyil. Belə ki, Remdesevirlə vena daxili müalicə kursunun qiyməti 2340 -3120 USD arasında dəyişir.Əl çatan müalicənin olmaması alimləri daha ücüz  molekulaların axtarışına sövq edir.

Remdesevirlə vena daxili müalicə kursunun qiyməti 2340 -3120 USD arasında dəyişir.

COVİD-19 ilə mübarizədə  həm qabaqlayıcı, həm də müalicəvi potensialı olan RİMANTADİNE molekulasının əhəmiyyəti  son zamanlar gündəmə gəlir.

RİMANTADİNE preparatının  əhəmiyyəti  son zamanlar gündəmə gəlir.

 

Aşağıda RİMANTADİNE ( amantadine) efektivliyini sübüt edə biləcək bir neçə xarici müşahidə nəticələrini paylaşırıq.

 MÜŞAHİDƏ 1. Soyuqdəymə simptomları və əzələ ağrısı olan, şəkərli diabeti  olan 57 yaşındakı kişi cinsli xəstəyə  parasetamol (hər 6 saatda 500 mq) və naproksen (5 gün ərzində gündə 550 mq) təyin edilir . Xəstə eyni zamanda şəkərli  diabetin müalicəsi üçün gündə iki dəfə metformindən istifadə edir. Davamlı bir öskürək səbəbiylə 3 gün ərzində 500 mq azitromisin əlavə ediləndən sonra , simptomlar davam etdiyindən  o, udlaqdan yaxma  götürmək üçün xəstəxanada  koronavirusa görə polimeraz zəncirvari reaksiya testi  verir. Analiz nəticələri  kəskin tənəffüs sindromu koronavirus 2 (SARS – CoV – 2) diaqnozunu təsdiq edir. Həmin anda onun qanda oksigen doyması 84% olduğu  üçün (norma >95%)   ona üz maskası vasitəsilə oksigen verilməyə başlanılır.

Əlavə olaraq gündə iki dəfə 100 mq Rimantadine  təyin edilir 

Xəsətəyə əlavə olaraq gündə iki dəfə 100 mq Rimantadine  təyin edilir  və 5 gün ərzində Ipratropium bromide, salbutamol (0.5 mq, 2.5 mq / 2.5 ml) ilə inqalyasiya edilir. Müalicəyə  5 gün ərzində təxminən 500 mq oral aspirin əlavə edilir. Eyni zamanda COVİD-19  üçün müsbət olan asimptomatik ailə üzvlərinə (54 və 33 yaş) profilaktik tədbir olaraq 14 gün ərzində gündə iki dəfə 100 mq RİMANTADİNE  təyin edilir. Müalicədən sonra xəstənin klinik vəziyyəti yaxşılaşır  və oksigen doyma səviyyəsi tədricən qalxır.  6-cı gündə  xəstə faktiki olaraq oksigen qəbul etmədən nəfəs almağa başlayır. Xəstə müalicənin 14-cü günü evə yazılır.

MÜŞAHİDƏ 2.   75 yaşlı bir qadının, 16 illik Parkinson Xəstəliyi  və qalaxanvari vəz xəstəliyi səbəbi ilə bir necə preparatla yanaşı  Rimantadine ilə də eyni zamanda müalicə olunur. Xəstə  mədə xərçəngi səbəbi ilə beş il əvvəl cərrahiyyə əməliyyatı və  kemoterapi almışdır. Xəstənin həyat yoldaşına  yeddi günlük  qeyri-adi,  tək-tək öskürək və qızdırma ilə, müsbət çıxmış  COVID-19 PZR testi  ilə  koronavirus diaqnozu qoyulur  və ikitərəfli pnevmoniya  ilə xəstəxanaya qəbul olunandan sonra xəstə COVİD-19 səbəbindən həyatını itirir.Həyat yoldaşının ölümündən 45 gün müddətində xəstədə COVID-19 ilə əlaqəli hər hansı bir simptom, atəş, öskürək olmadan evdə ailəsi tərəfindən baxılır və təcrid olunmuş vəziyyətdə yalnız birbaşa baxıcısı ilə təmasda olur. Həm baxıcı, həm xəstənin COVİD-19  testi mənfi  çıxır.Bu xəstənin 7 ay ərzində  RİMANTADİNE  qəbul etdiyin nəzərə alaraq, həkimlər bu preparatın qoruyucu təsir olduğunu qəbul edirlər.Qeyd edək ki,  xəstə koronavirusdan vəfat etmiş yoldaşı ilə 7 gün ərzidə sıx kontakta olmuşdur və xəstəliyə yoluxmamışdır.

Həkimlər Rimantadin  preparatının COVID-19 xəstəlyində qoruyucu təsir olduğunu fərziyyə edirlər…

Ona görə Rimandatine dərmanının effektivliyini sübüt etmək ücün aha geniş müşahidələrin aparılması məsləhət edilir.

Bəs, Rimantadinin qiyməti nədir və onu əldə etmək mümkündürmü?

Rimantadine ANVİMAX preparatının tərkibində apteklərədə əlçatan qiymətə vardır. ANVİMAX əsasən virus xəstəliklərinin profilaktikası və müalicəsi üçün istifadə olunur. Preparatın tərkibində Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən simptomatik müalicə üçün tövsiyyə edilən, Paracetamol ilə yanaşı Vit C və antihistamin preparat olan  və virus infeksiyalarında ödem və öskürək əlehinə təsir göstərən  loratadine də var.

Evdən çıxmadan ANVİMAX və digər preparatları sifarış etmək ücün Reseptron tətbiqini yükləyin və ünvanınıza pulsuz çatdırılma əldə edin.

 

      

Mənbələr:

  1. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7323182/
  2. https://scholar.google.com/scholar?cluster=7599297496516831820&hl=ru&as_sdt=0,5

ÜST-nin hesablamalarına görə, COVİD-19 peyvəndi 2021-ci ilin iyun ayına qədər hazır olmayacaq. Bunun üçün mövcud kliniki sınaq tələblərinə riayət etmək lazımdır. Bu cür tədqiqatlar üçün qızıl standart — klinik sınaq — nəzarət olunan şəraitdə çox sayda insana peyvəndin tətbiq edilməsi və onun effektinin ölçülməsi tələb olunur. Ümumiyyətlə, tədqiqatçılar hər bir peyvəndin  effektivliyi və mümkün yan təsirlərini  nəzarət etmək üçün 14 ay  müşahidə aparırlar — buna görə növbəti yaya qədər gözləmək lazım ola bilər. Koronavirus peyvəndinin test olunması alimləri növbəti  dilemma ilə qarşı-qarşıya qoyur : insanlara tez müalicə lazımdır, lakin onlarda vaksinin  yan təsirlərinin olmayacağına əmin olmaq lazımdır. Bu halda ən pis ssenari  : vaksin hazır olacaq,lakin zərərli və ya yan təsirləri mövcud olacaq . Bütün dünyada vaksinlərə inamın rekord aşağı səviyyədə olduğunu nəzərə alaraq, bu addım təhlükəli hesab edilə bilər.

Mümkün vaksin  hətta təsirsiz və ya yüksək dərəcə zərərli ola bilər…

Vaksinlərin hazırlanma yollarından biri sağlam şəxslərin qəsdən infeksiyanın zəif növüylə yoluxdurması ,və ən perspektivli vaksinləri tapmaq üçün sonradan təsirinin sübut olunmasıdır. Əvvəlki epidemiyalar zamanı sağlam insanlar qrip, soyuqdəymə, , malyariya, denge qızdırması və streptokok infeksiyalarının öyrənilməsi ,vaksinlərin hazırlanması və müalicə üsullarının inkişafını sürətləndirmək üçün qəsdən yoluxdurmuşdular .

Oxşar testlər Covid-19dan özünü qorumaq üçün təklif edilmişdir. Hvivo, London klinik tədqiqat qrupu bu məqsədlə  ciddi simptomlara səbəb olmayan, daha yüngül koronavirusa yoluxmuş 20.000-dən çox könüllü cəlb edib. Onların hər birinə 3500 Avro ödənəcək. Bununla belə,virusun öyrənilməsinin faydalılığı məhdudlaşdırıla bilər.

Covid-19 vaksinin oyrənilməsi ücün riski daha aşağı olan gənc iştirakçıların yoluxdurulması  ilə bağlı tədqiqatların aparılması barədə etik  fərziyyələr irəli sürülmüşdür. Bu təhlükələr dərin etik nəticələrə səbəb olur, lakin minlərlə insanı xilas edə bilər. Martın 26-na olan məlumata görə COVİD-19 ilə  471 min nəfər yoluxub, 21 min nəfər ölüb, 114 min nəfər sağalıb.

İstənilən halda  alternativ  peyvəndlərin sınaqları üçün Covid-19-a məruz qala biləcək aşağı riskli insanların cəlb olunmasıdır. Bunun xeyri böyük seçim qrupunun alınmasından ibarət olacaq ki, bu da əhalinin böyük qrupları üçün müalicənin mümkün olub-olmadığını müəyyən etməyə kömək edəcək. Xarici mənbələrdən məlum olub ki, Çində peyvəndin sınaqdan keçirilməsi əsgərlərdə razılıq olmadan həyata keçirilə bilər.

Ümumilikdə, onlarla potensial müalicə üsulu ilə 100-dən çox klinik sınaq artıq bir çox ölkələrdə başlamışdır.

Mətbuatda, Çin, Avstraliya və Hindistanda həkimlərin əsasən HIV və malyariya müalicəsi üçün istifadə olunan dərmanlara COVİD-19 müalicəsində müraciət etdiklərinə dair məlumatlar verilib. Onlar həmçinin bitki mənşəli, o cümlədən qarışıq tərkibli dərmanlardan istifadə edib.

Koronavirusun müalicə potensialı olan preparatların bir hissəsi digər tibbi göstəricilərdə istifadə üçün təsdiq edilmiş və apteklərdə mövcud olmasına baxmayaraq, biz təkidlə özünü müalicə etməkdən uzaq olmağı, həmçinin preparatların təyinatı üzrə istifadə qaydaları da daxil olmaqla, bütün tətbiq olunan normalara riayət etməyi xahiş edirik.

 

Karantində olarkən şəxsı qoruma vasitələrini və resept üzrə yazılan dərman preparatlarını tapmaq ücün Reseptron mobil tətbiqindən istifadə edin!

 

 

 

 

                                                              ƏVVƏLƏ

21-ci əsrdə üç koronavirus (CoV) növü  SARS, MERS və 2019-nCov epidemiyalarının səbəbkarı olublar. Müvafiq  xəstəliklərdən ölüm faizi  2,5% (2019-nCoV),  10% (SARS), 35% (MERS-CoV) arasında dəyişir. İndiki günə qədər CoV tərəfindən törədilən  xəstəliyi müalicə etmək  üçün təsdiqlənmiş antiviral preparat  və ya vaksin yoxdur. Buna baxmayaraq,  SERS-CoV və MERS-CoV müalicəsinin əvvəlki təcrübəsindən istifadə edərək  2019-nCoV müalicəsində bir çox agent istifadə olunur. COVİD-19 gedişatı və əlamətləri haqqında burda oxuya bilərsiniz.

LOPİNAVİR + RİTANOVİR ( ANTİVİRAL PRERARATLAR)

QİCS (Qazanılmş İmmun Defisiti Sindromu)  müalicəsində istifadə edilən LOPİNAVİR + RİTANOVİR kombinasiyası.  Hong Kong Universiteti tərəfindən aparılan kliniki  təcrübələrdə 2019- nCov  xəstələrində yaxşılaşma ilə əlaqəli ilkin sübütlar əldə edilmişdir .

İNTERFERON

İnterferonlar (İFN), əsasən hepatit B müalicəsində istifadə olunan geniş spektrli antiviral maddələrdir. 2019-nCoV  müalicəsi üçün lopinavir + ritonavir birləşməsi ilə birlikdə IFN-αlfa  tövsiyə olunur.

 COVİD-19 profilaktikası ücün mövcud vaksin yoxdur

SİNK ( Zn)

Bir sıra tədqiqatlar sinkin ( Zn) antiviral təsiri olduğunu bildirilir  və onun CoV RNT polimeraza aktivliyini hüceyrə kulturası təcrübələrində ləngitdiyini sübüt edilmişdir.

REMDESİVİR və HİDROKSİXLOROXİN

Adenozin analoqu olan Remdesivir viral RNT-yə daxil olur və viral zəncirin  erkən ləğvinə səbəb olur. Malariya xəstəliyinin müalicəsində istifadə edilən və  eyni zamanda  antiviral vasitə kimi tanınan  Plaquenilin (Hidroksixloroxin)   əhəmiyyəti son zamanlar gündəmə gəlir. Plaquenil  hüceyrədaxili  pH səviyyəsini artıraraq  mühiti virus  üçün əlverişsiz hala gətirir. Plaquenil  eyni zamanda angiotensin-çevirici fermentin ( ACE-2) qlikozilləşdirmə prosesinə təsir göstərərək virusa sahiblik edən reseptorlara təsir göstərir.  Ucuz  və asanlıqla əldə edilə bilən Plaquenil  müalicə ücün perspektivli  namizəddir.

 

Təzyiq dərmanı olan Losartan haqqında bir-birinə ziddiyyət təşkil edən fərziyələr var…

 

HORMONAL PREPARATLAR

Kortikosteroidlər SERS-CoV və MERS-CoV müalicəsi üçün geniş istifadə edilib və eyni zamanda 2019-nCoV-in mövcud epidemiyasının idarə edilməsində  də istifadə olunur. Bununla birlikdə ÜST-nin son göstərişlərinə görə  digər kliniki əsaslar olmadıqda  gündəlik kortikosteroidlərin istifadəsini qadağan edir. Kortikosteroid istifadəsinin viral RNT-nin gecikmiş təmizlənməsi (həm SERS-CoV, həm də MERS-CoV vəziyyətində) və psixoz kimi ağırlaşmalarla əlaqəli olduğu bildirilir.

LOSARTAN

Təzyiq dərmanı olan Losartan haqqında bir-birinə ziddiyyət təşkil edən fərziyələr var.  Cin alimi Zhou tərəfindən Nature jurnalında cap olunan məqalədə 2019-nCov virusunun insan agciyərlərinə daxil olması ücün angiotensin cevirici enzimi  (ACE-2) agent kimi isifadə edilməsi barəsində sübütlar gətirilir. Buna əsaslanaraq Losartan preparatının COVİD-19 ağırlaşmalarının qabağının alınmasında əhəmiyyətli olduğu zənn edilir.

 

Kortikosteroidlər COVİD-19 müalicəsində ÜST tərəfindən məsləhət edilmir…

 

İBUPROFEN

Ağrıkəsici və qızdırma əlehinə olan preparat İbuprofen ACE-2 səviyyəsini artırdığından COVİD-19 müalicəsində məsləhət edilmir. Qızdırma zamanı ilkin secim preparatı Parasetamol hesab edilir.

 

Karantində olarkən  şəxsı qoruma vasitələrini və resept üzrə yazılan dərman preparatlarını tapmaq ücün Reseptron mobil tətbiqindən istifadə edin!

 

Diqqət, yuxarıda sadalanan dərmanlar həkim təyinatı olmadan qəbul edilə bilməz!

Mənbələr:

1. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7074432/

  1. https://www.medscape.com/viewarticle/927542

 

                                                             ƏVVƏLƏ

 

 

Son 3 ayda Koronavirus epidemiyasının vüssət alması ilə əlaqədar bir cox miflər, şaiyələr, həqiqətə uyğun olmayan xəbərlər  və məsləhətlər dövriyyədədir.

Bu bloqda biz, COVİD-19  mözusu ilə əlaqəli məsləhətlər paylaşacayıq.

Bir az Virus haqqında…

Coronaviruses Coronaviridae ailəsinə aid olan  virus qrupudur. Virus zoonoz infeksiya qrupuna aid olduğundan   həm heyvanlar, həm də insanlara yoluxur. Coronaviridae ailəsinə aid olan  viruslar yuxarı tənnəffüs yollarının xəstəliklərini  məs, (məsələn, MERS – Orta Şərq Tənəffüs Sindromu və SARS – Şiddətli Kəskin Tənəffüs Sindromu)  törədir.

Əvvəllər insanlarda təsbit edilməyən yeni koronavirus  SARS-CoV-2 , Çinin Wuhan şəhərində 2019-cu ilin dekabrında aşkar olunub.

İnsan koronavirusları ümumi bir soyuqdəyməyə bənzər yüngül bir xəstəliyə səbəb olmaqla yanaşı, qeyri-kompetent immun sisteminə malik olan  insanlarda  ağırlaşmalar əmələ gətirə  bilər.

COVID-19 yüksək yoluxuculuq, lakin aşağı ölüm faizinə 2-3 % malikdir

Qeyd edək ki, hər qızdırma COVİD-19 deyil. Xəstəliyin ilk simptomları   arasında iki saatdan cox davam edən yüksək hərarət ( 39C)  öskürək, təngənəfəslik  və nəfəs darlığı daxildir. Bəzi hallarda,dad hissiyatının və qoxu hissiyatının itməsi,  ürək bulanma və ya qarın işləməsi qeyd edilə bilər.  Boğaz ağrısı nadir halda rast gəlinir. Boğaz ağrınız varsa bu böyük ehtimal adi soyuqdəymədir. Ağır hallarda, infeksiya sətəlcəm,  kəskin tənəffüs sindromu və bəzən ölümlə nəticələnə bilər.

Boğaz ağrınız varsa, bu daha cox soyuqdəymədir.

COVİD-19 yüksək yoluxuculuq, lakin aşağı ölüm faizi  xüsusiyyətlərinə malikdir. Xəstəlikdən ölüm faizi 2-3% arasında dəyişir. Bu göstərici SARS-  Kəskin Tənəffüs Sindromu  2003 (10 %) və ya  MERS– Orta Şərq Respirator Sindrom ( 35%)  xəstəliklərindən dəfələrlə azdır. Xəstələrin 80%-i xüsusi müalicə tədbirlərinə ehtiyac olmadan xəstəliklərdən tam sağalması təsdiqlənmiş faktdır.

 

Həkim məsləhəti: Acıq havada və kücədə maska taxmağa ehtiyac yoxdur

COVİD-19 pandemiyasının yaratdığı panika və stigma  ilə üzləşən insanlar maskaların onların qoruyacağına əmin olaraq bu şəxsi qoruma vasitələrindən yerli və yersiz istifadə etməyə başlayıblar. Qeyd edək ki, sağlam insanların maska taxmasına ehtiyac duyulmur. Maskalar saglam insanlar tərəfindən COVİD-19 virusuna yoluxmuş və ya yoluxma ehtimalı olan insana qulluq zamanı taxılır. Acıq avada və kücədə maska taxmağa ehtiyac yoxdur, əksinə acıq havada olarkən təmiz hava ilə nəfəs salmaq daha məsləhətlidir.

İnsanların əksəriyyətinin dəfələrlə, günlərlə  istifadə etdiyi maskalar qoruycu deyil, əksinə infeksiya mənbəyinə cevrilir…

Maskalar sizi virusdan qorumaqda nə qədər effektivdir?

Qeyd edək ki, birdəfəli maskalar əllər ücün dezinfeksiya edici məhlullarla kombinasiyada  işlədilərkən effektiv olur. İnsanların əksəriyyətinin günlərlə istifadə etdiyi maskalar qoruycu deyil, əksinə infeksiya mənbəyinə cevrilir. Həkim kimi pasiyentlərin yerə düşmüş maskanı təkrar üzünə taxaraq istifadə etməsinin qarşısını dəfələrlə almışam.

Bəs,  maskalardan necə və nə vaxt istifadə etmək lazımdır? Aşağıda qısa təlimatı sizlərlə paylaşırıq.

  • Burun və ağzınızı maska ​​ilə səliqəli şəkildə örtün, üz və maska ​​arasındakı boşluğu azaldın; istifadə zamanı maskaya toxunmayın;
  • Maskanı üzünüzə taxarkən və cıxararkən iplərindən istifadə edin;
  • Maskaya toxunduqdan sonra əllərinizi yuyun (məsələn, çıxarandan sonra)
  • Maska yaş və ya çirkli olduqdan sonra yeni təmiz və quru bir maska ​​taxın.
  • Birdəfəlik maskalardan təkrar istifadə etməyin. Hər istifadədən ya çıxarıldıqdan sonra maska atılmalıdır.

Maskanın istifadəsi insanların sıx və çox olduğu yerlərdə, ictimai nəqliyyatda, eləcə də xəstə insana baxanda məqsədə uyğundur, ancaq açıq havada effektiv deyil.
Küçədə olduğunuz müddətdə təmiz hava ilə nəfəs almaq və günəş şüaları altında gəzmək faydalıdır və maskanın taxılmasına ehtiyac yoxdur.

COVİD-19 vaksinin nə vaxt hazir olacağı barədə məlumatı burda oxuyun.

Sağlam həyat tərzi bədənin infeksiyaya qarşı müqavimətini artırır. Sağlam və fiziki aktiv həyat tərzinə riayət edin, vaxtında yatın, zülal, vitamin və minerallarla zəngin qidalardan qəbul edin!!!

Bu arada cətinliklə tapılan şəxsı qoruma vasitələrini və resept üzrə yazılan dərman preparatlarını tapmaq ücün Reseptron mobil tətbiqindən istifadə edin!

Close

CONTACT US

    • Azərbaycan
    • English
  • Subscribe error, please review your email address.

    Close

    You are now subscribed, thank you!

    Close

    There was a problem with your submission. Please check the field(s) with red label below.

    Close

    Your message has been sent. We will get back to you soon!

    Close