Son 3 ayda Koronavirus epidemiyasının vüssət alması ilə əlaqədar bir cox miflər, şaiyələr, həqiqətə uyğun olmayan xəbərlər və məsləhətlər dövriyyədədir.
Bu bloqda biz, COVİD-19 mözusu ilə əlaqəli məsləhətlər paylaşacayıq.
Bir az Virus haqqında…
Coronaviruses Coronaviridae ailəsinə aid olan virus qrupudur. Virus zoonoz infeksiya qrupuna aid olduğundan həm heyvanlar, həm də insanlara yoluxur. Coronaviridae ailəsinə aid olan viruslar yuxarı tənnəffüs yollarının xəstəliklərini məs, (məsələn, MERS – Orta Şərq Tənəffüs Sindromu və SARS – Şiddətli Kəskin Tənəffüs Sindromu) törədir.
Əvvəllər insanlarda təsbit edilməyən yeni koronavirus SARS-CoV-2 , Çinin Wuhan şəhərində 2019-cu ilin dekabrında aşkar olunub.
İnsan koronavirusları ümumi bir soyuqdəyməyə bənzər yüngül bir xəstəliyə səbəb olmaqla yanaşı, qeyri-kompetent immun sisteminə malik olan insanlarda ağırlaşmalar əmələ gətirə bilər.
COVID-19 yüksək yoluxuculuq, lakin aşağı ölüm faizinə 2-3 % malikdir
Qeyd edək ki, hər qızdırma COVİD-19 deyil. Xəstəliyin ilk simptomları arasında iki saatdan cox davam edən yüksək hərarət ( 39C) öskürək, təngənəfəslik və nəfəs darlığı daxildir. Bəzi hallarda,dad hissiyatının və qoxu hissiyatının itməsi, ürək bulanma və ya qarın işləməsi qeyd edilə bilər. Boğaz ağrısı nadir halda rast gəlinir. Boğaz ağrınız varsa bu böyük ehtimal adi soyuqdəymədir. Ağır hallarda, infeksiya sətəlcəm, kəskin tənəffüs sindromu və bəzən ölümlə nəticələnə bilər.
Boğaz ağrınız varsa, bu daha cox soyuqdəymədir.
COVİD-19 yüksək yoluxuculuq, lakin aşağı ölüm faizi xüsusiyyətlərinə malikdir. Xəstəlikdən ölüm faizi 2-3% arasında dəyişir. Bu göstərici SARS- Kəskin Tənəffüs Sindromu 2003 (10 %) və ya MERS– Orta Şərq Respirator Sindrom ( 35%) xəstəliklərindən dəfələrlə azdır. Xəstələrin 80%-i xüsusi müalicə tədbirlərinə ehtiyac olmadan xəstəliklərdən tam sağalması təsdiqlənmiş faktdır.
Həkim məsləhəti: Acıq havada və kücədə maska taxmağa ehtiyac yoxdur
COVİD-19 pandemiyasının yaratdığı panika və stigma ilə üzləşən insanlar maskaların onların qoruyacağına əmin olaraq bu şəxsi qoruma vasitələrindən yerli və yersiz istifadə etməyə başlayıblar. Qeyd edək ki, sağlam insanların maska taxmasına ehtiyac duyulmur. Maskalar saglam insanlar tərəfindən COVİD-19 virusuna yoluxmuş və ya yoluxma ehtimalı olan insana qulluq zamanı taxılır. Acıq avada və kücədə maska taxmağa ehtiyac yoxdur, əksinə acıq havada olarkən təmiz hava ilə nəfəs salmaq daha məsləhətlidir.
İnsanların əksəriyyətinin dəfələrlə, günlərlə istifadə etdiyi maskalar qoruycu deyil, əksinə infeksiya mənbəyinə cevrilir…
Maskalar sizi virusdan qorumaqda nə qədər effektivdir?
Qeyd edək ki, birdəfəli maskalar əllər ücün dezinfeksiya edici məhlullarla kombinasiyada işlədilərkən effektiv olur. İnsanların əksəriyyətinin günlərlə istifadə etdiyi maskalar qoruycu deyil, əksinə infeksiya mənbəyinə cevrilir. Həkim kimi pasiyentlərin yerə düşmüş maskanı təkrar üzünə taxaraq istifadə etməsinin qarşısını dəfələrlə almışam.
Bəs, maskalardan necə və nə vaxt istifadə etmək lazımdır? Aşağıda qısa təlimatı sizlərlə paylaşırıq.
- Burun və ağzınızı maska ilə səliqəli şəkildə örtün, üz və maska arasındakı boşluğu azaldın; istifadə zamanı maskaya toxunmayın;
- Maskanı üzünüzə taxarkən və cıxararkən iplərindən istifadə edin;
- Maskaya toxunduqdan sonra əllərinizi yuyun (məsələn, çıxarandan sonra)
- Maska yaş və ya çirkli olduqdan sonra yeni təmiz və quru bir maska taxın.
- Birdəfəlik maskalardan təkrar istifadə etməyin. Hər istifadədən ya çıxarıldıqdan sonra maska atılmalıdır.
Maskanın istifadəsi insanların sıx və çox olduğu yerlərdə, ictimai nəqliyyatda, eləcə də xəstə insana baxanda məqsədə uyğundur, ancaq açıq havada effektiv deyil.
Küçədə olduğunuz müddətdə təmiz hava ilə nəfəs almaq və günəş şüaları altında gəzmək faydalıdır və maskanın taxılmasına ehtiyac yoxdur.
COVİD-19 vaksinin nə vaxt hazir olacağı barədə məlumatı burda oxuyun.
Sağlam həyat tərzi bədənin infeksiyaya qarşı müqavimətini artırır. Sağlam və fiziki aktiv həyat tərzinə riayət edin, vaxtında yatın, zülal, vitamin və minerallarla zəngin qidalardan qəbul edin!!!
Bu arada cətinliklə tapılan şəxsı qoruma vasitələrini və resept üzrə yazılan dərman preparatlarını tapmaq ücün Reseptron mobil tətbiqindən istifadə edin!
Emil Məmmədov
Çox maraqlı və faydalı məlumatdır, davamlı olsun.