21-ci əsrdə üç koronavirus (CoV) növü SARS, MERS və 2019-nCov epidemiyalarının səbəbkarı olublar. Müvafiq xəstəliklərdən ölüm faizi 2,5% (2019-nCoV), 10% (SARS), 35% (MERS-CoV) arasında dəyişir. İndiki günə qədər CoV tərəfindən törədilən xəstəliyi müalicə etmək üçün təsdiqlənmiş antiviral preparat və ya vaksin yoxdur. Buna baxmayaraq, SERS-CoV və MERS-CoV müalicəsinin əvvəlki təcrübəsindən istifadə edərək 2019-nCoV müalicəsində bir çox agent istifadə olunur. COVİD-19 gedişatı və əlamətləri haqqında burda oxuya bilərsiniz.
LOPİNAVİR + RİTANOVİR ( ANTİVİRAL PRERARATLAR)
QİCS (Qazanılmş İmmun Defisiti Sindromu) müalicəsində istifadə edilən LOPİNAVİR + RİTANOVİR kombinasiyası. Hong Kong Universiteti tərəfindən aparılan kliniki təcrübələrdə 2019- nCov xəstələrində yaxşılaşma ilə əlaqəli ilkin sübütlar əldə edilmişdir .
İNTERFERON
İnterferonlar (İFN), əsasən hepatit B müalicəsində istifadə olunan geniş spektrli antiviral maddələrdir. 2019-nCoV müalicəsi üçün lopinavir + ritonavir birləşməsi ilə birlikdə IFN-αlfa tövsiyə olunur.
COVİD-19 profilaktikası ücün mövcud vaksin yoxdur
SİNK ( Zn)
Bir sıra tədqiqatlar sinkin ( Zn) antiviral təsiri olduğunu bildirilir və onun CoV RNT polimeraza aktivliyini hüceyrə kulturası təcrübələrində ləngitdiyini sübüt edilmişdir.
REMDESİVİR və HİDROKSİXLOROXİN
Adenozin analoqu olan Remdesivir viral RNT-yə daxil olur və viral zəncirin erkən ləğvinə səbəb olur. Malariya xəstəliyinin müalicəsində istifadə edilən və eyni zamanda antiviral vasitə kimi tanınan Plaquenilin (Hidroksixloroxin) əhəmiyyəti son zamanlar gündəmə gəlir. Plaquenil hüceyrədaxili pH səviyyəsini artıraraq mühiti virus üçün əlverişsiz hala gətirir. Plaquenil eyni zamanda angiotensin-çevirici fermentin ( ACE-2) qlikozilləşdirmə prosesinə təsir göstərərək virusa sahiblik edən reseptorlara təsir göstərir. Ucuz və asanlıqla əldə edilə bilən Plaquenil müalicə ücün perspektivli namizəddir.
Təzyiq dərmanı olan Losartan haqqında bir-birinə ziddiyyət təşkil edən fərziyələr var…
HORMONAL PREPARATLAR
Kortikosteroidlər SERS-CoV və MERS-CoV müalicəsi üçün geniş istifadə edilib və eyni zamanda 2019-nCoV-in mövcud epidemiyasının idarə edilməsində də istifadə olunur. Bununla birlikdə ÜST-nin son göstərişlərinə görə digər kliniki əsaslar olmadıqda gündəlik kortikosteroidlərin istifadəsini qadağan edir. Kortikosteroid istifadəsinin viral RNT-nin gecikmiş təmizlənməsi (həm SERS-CoV, həm də MERS-CoV vəziyyətində) və psixoz kimi ağırlaşmalarla əlaqəli olduğu bildirilir.
LOSARTAN
Təzyiq dərmanı olan Losartan haqqında bir-birinə ziddiyyət təşkil edən fərziyələr var. Cin alimi Zhou tərəfindən Nature jurnalında cap olunan məqalədə 2019-nCov virusunun insan agciyərlərinə daxil olması ücün angiotensin cevirici enzimi (ACE-2) agent kimi isifadə edilməsi barəsində sübütlar gətirilir. Buna əsaslanaraq Losartan preparatının COVİD-19 ağırlaşmalarının qabağının alınmasında əhəmiyyətli olduğu zənn edilir.
Kortikosteroidlər COVİD-19 müalicəsində ÜST tərəfindən məsləhət edilmir…
İBUPROFEN
Ağrıkəsici və qızdırma əlehinə olan preparat İbuprofen ACE-2 səviyyəsini artırdığından COVİD-19 müalicəsində məsləhət edilmir. Qızdırma zamanı ilkin secim preparatı Parasetamol hesab edilir.
Karantində olarkən şəxsı qoruma vasitələrini və resept üzrə yazılan dərman preparatlarını tapmaq ücün Reseptron mobil tətbiqindən istifadə edin!
Diqqət, yuxarıda sadalanan dərmanlar həkim təyinatı olmadan qəbul edilə bilməz!
Mənbələr:
1. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7074432/
Yegana
Indiki yaranmish sheraitde chox lazimli melumatlardi. Chox sag olun!