COVID-19 peyvəndi nə vaxt hazır olacaq?

ÜST-nin hesablamalarına görə, COVİD-19 peyvəndi 2021-ci ilin iyun ayına qədər hazır olmayacaq. Bunun üçün mövcud kliniki sınaq tələblərinə riayət etmək lazımdır. Bu cür tədqiqatlar üçün qızıl standart — klinik sınaq — nəzarət olunan şəraitdə çox sayda insana peyvəndin tətbiq edilməsi və onun effektinin ölçülməsi tələb olunur. Ümumiyyətlə, tədqiqatçılar hər bir peyvəndin  effektivliyi və mümkün yan təsirlərini  nəzarət etmək üçün 14 ay  müşahidə aparırlar — buna görə növbəti yaya qədər gözləmək lazım ola bilər. Koronavirus peyvəndinin test olunması alimləri növbəti  dilemma ilə qarşı-qarşıya qoyur : insanlara tez müalicə lazımdır, lakin onlarda vaksinin  yan təsirlərinin olmayacağına əmin olmaq lazımdır. Bu halda ən pis ssenari  : vaksin hazır olacaq,lakin zərərli və ya yan təsirləri mövcud olacaq . Bütün dünyada vaksinlərə inamın rekord aşağı səviyyədə olduğunu nəzərə alaraq, bu addım təhlükəli hesab edilə bilər.

Mümkün vaksin  hətta təsirsiz və ya yüksək dərəcə zərərli ola bilər…

Vaksinlərin hazırlanma yollarından biri sağlam şəxslərin qəsdən infeksiyanın zəif növüylə yoluxdurması ,və ən perspektivli vaksinləri tapmaq üçün sonradan təsirinin sübut olunmasıdır. Əvvəlki epidemiyalar zamanı sağlam insanlar qrip, soyuqdəymə, , malyariya, denge qızdırması və streptokok infeksiyalarının öyrənilməsi ,vaksinlərin hazırlanması və müalicə üsullarının inkişafını sürətləndirmək üçün qəsdən yoluxdurmuşdular .

Oxşar testlər Covid-19dan özünü qorumaq üçün təklif edilmişdir. Hvivo, London klinik tədqiqat qrupu bu məqsədlə  ciddi simptomlara səbəb olmayan, daha yüngül koronavirusa yoluxmuş 20.000-dən çox könüllü cəlb edib. Onların hər birinə 3500 Avro ödənəcək. Bununla belə,virusun öyrənilməsinin faydalılığı məhdudlaşdırıla bilər.

Covid-19 vaksinin oyrənilməsi ücün riski daha aşağı olan gənc iştirakçıların yoluxdurulması  ilə bağlı tədqiqatların aparılması barədə etik  fərziyyələr irəli sürülmüşdür. Bu təhlükələr dərin etik nəticələrə səbəb olur, lakin minlərlə insanı xilas edə bilər. Martın 26-na olan məlumata görə COVİD-19 ilə  471 min nəfər yoluxub, 21 min nəfər ölüb, 114 min nəfər sağalıb.

İstənilən halda  alternativ  peyvəndlərin sınaqları üçün Covid-19-a məruz qala biləcək aşağı riskli insanların cəlb olunmasıdır. Bunun xeyri böyük seçim qrupunun alınmasından ibarət olacaq ki, bu da əhalinin böyük qrupları üçün müalicənin mümkün olub-olmadığını müəyyən etməyə kömək edəcək. Xarici mənbələrdən məlum olub ki, Çində peyvəndin sınaqdan keçirilməsi əsgərlərdə razılıq olmadan həyata keçirilə bilər.

Ümumilikdə, onlarla potensial müalicə üsulu ilə 100-dən çox klinik sınaq artıq bir çox ölkələrdə başlamışdır.

Mətbuatda, Çin, Avstraliya və Hindistanda həkimlərin əsasən HIV və malyariya müalicəsi üçün istifadə olunan dərmanlara COVİD-19 müalicəsində müraciət etdiklərinə dair məlumatlar verilib. Onlar həmçinin bitki mənşəli, o cümlədən qarışıq tərkibli dərmanlardan istifadə edib.

Koronavirusun müalicə potensialı olan preparatların bir hissəsi digər tibbi göstəricilərdə istifadə üçün təsdiq edilmiş və apteklərdə mövcud olmasına baxmayaraq, biz təkidlə özünü müalicə etməkdən uzaq olmağı, həmçinin preparatların təyinatı üzrə istifadə qaydaları da daxil olmaqla, bütün tətbiq olunan normalara riayət etməyi xahiş edirik.

 

Karantində olarkən şəxsı qoruma vasitələrini və resept üzrə yazılan dərman preparatlarını tapmaq ücün Reseptron mobil tətbiqindən istifadə edin!

 

 

 

 

                                                              ƏVVƏLƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

CONTACT US

    • Azərbaycan
    • English
  • Subscribe error, please review your email address.

    Close

    You are now subscribed, thank you!

    Close

    There was a problem with your submission. Please check the field(s) with red label below.

    Close

    Your message has been sent. We will get back to you soon!

    Close