Archive

21-ci əsrdə üç koronavirus (CoV) növü  SARS, MERS və 2019-nCov epidemiyalarının səbəbkarı olublar. Müvafiq  xəstəliklərdən ölüm faizi  2,5% (2019-nCoV),  10% (SARS), 35% (MERS-CoV) arasında dəyişir. İndiki günə qədər CoV tərəfindən törədilən  xəstəliyi müalicə etmək  üçün təsdiqlənmiş antiviral preparat  və ya vaksin yoxdur. Buna baxmayaraq,  SERS-CoV və MERS-CoV müalicəsinin əvvəlki təcrübəsindən istifadə edərək  2019-nCoV müalicəsində bir çox agent istifadə olunur. COVİD-19 gedişatı və əlamətləri haqqında burda oxuya bilərsiniz.

LOPİNAVİR + RİTANOVİR ( ANTİVİRAL PRERARATLAR)

QİCS (Qazanılmş İmmun Defisiti Sindromu)  müalicəsində istifadə edilən LOPİNAVİR + RİTANOVİR kombinasiyası.  Hong Kong Universiteti tərəfindən aparılan kliniki  təcrübələrdə 2019- nCov  xəstələrində yaxşılaşma ilə əlaqəli ilkin sübütlar əldə edilmişdir .

İNTERFERON

İnterferonlar (İFN), əsasən hepatit B müalicəsində istifadə olunan geniş spektrli antiviral maddələrdir. 2019-nCoV  müalicəsi üçün lopinavir + ritonavir birləşməsi ilə birlikdə IFN-αlfa  tövsiyə olunur.

 COVİD-19 profilaktikası ücün mövcud vaksin yoxdur

SİNK ( Zn)

Bir sıra tədqiqatlar sinkin ( Zn) antiviral təsiri olduğunu bildirilir  və onun CoV RNT polimeraza aktivliyini hüceyrə kulturası təcrübələrində ləngitdiyini sübüt edilmişdir.

REMDESİVİR və HİDROKSİXLOROXİN

Adenozin analoqu olan Remdesivir viral RNT-yə daxil olur və viral zəncirin  erkən ləğvinə səbəb olur. Malariya xəstəliyinin müalicəsində istifadə edilən və  eyni zamanda  antiviral vasitə kimi tanınan  Plaquenilin (Hidroksixloroxin)   əhəmiyyəti son zamanlar gündəmə gəlir. Plaquenil  hüceyrədaxili  pH səviyyəsini artıraraq  mühiti virus  üçün əlverişsiz hala gətirir. Plaquenil  eyni zamanda angiotensin-çevirici fermentin ( ACE-2) qlikozilləşdirmə prosesinə təsir göstərərək virusa sahiblik edən reseptorlara təsir göstərir.  Ucuz  və asanlıqla əldə edilə bilən Plaquenil  müalicə ücün perspektivli  namizəddir.

 

Təzyiq dərmanı olan Losartan haqqında bir-birinə ziddiyyət təşkil edən fərziyələr var…

 

HORMONAL PREPARATLAR

Kortikosteroidlər SERS-CoV və MERS-CoV müalicəsi üçün geniş istifadə edilib və eyni zamanda 2019-nCoV-in mövcud epidemiyasının idarə edilməsində  də istifadə olunur. Bununla birlikdə ÜST-nin son göstərişlərinə görə  digər kliniki əsaslar olmadıqda  gündəlik kortikosteroidlərin istifadəsini qadağan edir. Kortikosteroid istifadəsinin viral RNT-nin gecikmiş təmizlənməsi (həm SERS-CoV, həm də MERS-CoV vəziyyətində) və psixoz kimi ağırlaşmalarla əlaqəli olduğu bildirilir.

LOSARTAN

Təzyiq dərmanı olan Losartan haqqında bir-birinə ziddiyyət təşkil edən fərziyələr var.  Cin alimi Zhou tərəfindən Nature jurnalında cap olunan məqalədə 2019-nCov virusunun insan agciyərlərinə daxil olması ücün angiotensin cevirici enzimi  (ACE-2) agent kimi isifadə edilməsi barəsində sübütlar gətirilir. Buna əsaslanaraq Losartan preparatının COVİD-19 ağırlaşmalarının qabağının alınmasında əhəmiyyətli olduğu zənn edilir.

 

Kortikosteroidlər COVİD-19 müalicəsində ÜST tərəfindən məsləhət edilmir…

 

İBUPROFEN

Ağrıkəsici və qızdırma əlehinə olan preparat İbuprofen ACE-2 səviyyəsini artırdığından COVİD-19 müalicəsində məsləhət edilmir. Qızdırma zamanı ilkin secim preparatı Parasetamol hesab edilir.

 

Karantində olarkən  şəxsı qoruma vasitələrini və resept üzrə yazılan dərman preparatlarını tapmaq ücün Reseptron mobil tətbiqindən istifadə edin!

 

Diqqət, yuxarıda sadalanan dərmanlar həkim təyinatı olmadan qəbul edilə bilməz!

Mənbələr:

1. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7074432/

  1. https://www.medscape.com/viewarticle/927542

 

                                                             ƏVVƏLƏ

Close

CONTACT US

    • Azərbaycan
    • English
  • Subscribe error, please review your email address.

    Close

    You are now subscribed, thank you!

    Close

    There was a problem with your submission. Please check the field(s) with red label below.

    Close

    Your message has been sent. We will get back to you soon!

    Close